Sumqayıtda yol qəzası olub, xəsarət alan VAR

 23:24 15.09.2024     157

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Koroğlu prospektində qeydə alınıb.

Belə ki, “Lexus” markalı avtomobilin aşması nəticəsində 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağırdır (Report).