Keçmiş hakim Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verdi - pensiyasından narazıdır

 13:26 16.09.2024     569

Bakı Ağır Cinayətlər Məhkəməsinin bir il əvvəl təqaüdə çıxan hakimi İradə Həsənzadə pensiyasından narazıdır.

Redaktor.az qafqazinfo.az-a istinadla xəbər verir ki, keçmiş hakim pensiyasının yenidən hesablanması üçün Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib.

İddiaçı hesab edir ki, uzun illər hakimlik etsə də, pensiya təminatı zamanı bütün hallar düzgün nəzərə alınmayıb. 

Şikayəti Bakı İnzibati Məhkəməsi icraata götürüb. Hələ ki, hakim işlə tanış olmayıb.

Qeyd edək ki, İradə Həsənzadə 7 il Xətai Rayon Məhkəməsinin sədri olub. O, 2011-ci ildən təqaüdə çıxana kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi işləyib. Ötən il isə yaş həddi ilə bağlı təqaüdə göndərilib