Polis zabiti qəzada həlak oldu

 15:04 16.09.2024     186

Şəmkir rayonunda ağır yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, rayonun Şiştəpə kəndi ərazisində “Toyota” markalı avtomobilinin qəzaya uğraması nəticəsində sərnişin 1996-cı il təvəllüdlü Elbəyi Həsənov vəfat edib. Sürücü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, vəfat edən E.Həsənov polis kapitanıdır. Ailəli olan E.Həsənov Şəmkir Rayon Polis Şöbəsində sahə müvəkkili vəzifəsində çalışırmış.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır (Qafqazinfo).