Erməni əsgərləri bir-birini GÜLLƏLƏDİ

 18:00 16.09.2024     149

Sentyabrın 15-də Ermənistanın Sünik vilayətinin Sisian rayonunda yerləşən döyüş mövqeyində 2 əsgər bir-birini güllələyib. 

Redaktor.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

 Məlumata görə, hərbçilər arasında mübahisə baş verib: "Hər ikisi çağırışçı əsgərdir, mübahisə edib, sonra bir-birlərinə silah tutublar. Atışma nəticəsində onların hər ikisi yaralanıb. Xəstəxanaya aparılıblar", - deyə qeyd olunub (unikal.az).