İlk dərs günü itkin düşən yeniyetmə tapıldı - YENİLƏNİB

 14:10 17.09.2024     306

İsmayıllıda ilk dərs günü itkin düşən yeniyetmə tapılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

16 yaşlı İbrahim Babazadə İsmayıllı rayonunda tapılaraq ailəsinə təhvil verilib.

***

10:48

İsmayıllıda tədris ilinin başladığı ilk gün bədbəxt hadisə yaşanıb.

Redaktor.az modern.az-a istinadla xəbər verir ki, 16 yaşlı məktəbli İbrahim Babazadə itkin düşüb.

Məktəblinin əmisi saytımıza açıqlamasında bildirib ki, hadisə ötən gün saat 1-2 radələrində baş verib. Belə ki, dərsə getmək adı ilə evdən çıxan yeniyetmə geri qayıtmayıb:

 "İbrahim dünən İsmayıllı-Bərdə avtobusu ilə Bərdəyə gedib. Hazırda polis araşdırma aparır, kameralar izlənilir. Bərdədə yanğınsöndürmə idarəsinin yanında şəhid bulağında əl-üzünü yuyub, su içib. Daha sonra ətrafdakı insanlardan mərkəzə gedən avtobus barədə soruşub. Ona 1 nömrəli avtobusa minməsi deyilib. Kimsə onu Bərdənin mərkəzinə çağırıb". 

 Qeyd edək ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə məlumat verilib, araşdırma aparılır.