Avtomobillər toqquşdu, xəsarət alanlar var

Şəmkir rayon ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Redaktor.az xəbər verir ki, "Niva" və digər markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər – İsmayılova Qərənfil, 2006-cı il təvəllüdlü İsayeva Aygün və 1995-ci il təvəllüdlü İsmayılov Turan xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.