Paşinyanın ofisinə hücum: 48 saat vaxt VERİLDİ
Rusiya haker qruplarından biri Ermənistanın baş nazirinin aparatına sıza bildiklərini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənstan mediası məlumat yayıb.
Paşinyanın ofisinə sızan haker qrupu bəyan edib ki, bütün məlumatlar onların əlindədir.
“Ermənistan hökuməti 48 saat ərzində 2,5 milyon dollar verməsə, məlumatları məhv ediləcək”, - məlumatda qeyd olunur.
Ermənistan hökuməti hücumla bağlı hələ ki, heç bir məlumat yaymayıb.