Bakıda 18 yaşlı sürücü 52 yaşlı qadını vurub ÖLDÜRDÜ
![](https://img.redaktor.az/news/2024/09/photo_254482.jpg?v=MDc6MjYyMDI0LTA5LTE5IDA5OjUxOjM1)
Bakıda 18 yaşlı sürücü piyadanı vuraraq öldürüb.
Redaktor.az xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.
2006-cı il təvəllüdlü Sultanov Ayaz Rəsul oğlu idarə etdiyi "AUDİ A6" minik markalı avtonəqliyyat vasitəsi ilə Mərdəkan qəsəbəsi ərazisində hərəkətdə olarkən yolu keçən piyada - 1972-ci il təvəllüdlü Əliyeva Kəklik Əli qızını vurub.
Nəticədə sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
Fakt araşdırılır.