Azərbaycanda yeni idman kanalı AÇILIR

 15:26 19.09.2024     118

Azərbaycanda yeni televiziya kanalı yaradılıb.

Redaktor.az olay.az-a istinla xəbər verir ki, bununla bağlı "SOY production”nın bədii rəhbəri və həmtəsisçisi Siyavuş Hüseynli məlumat yayıb.

Siyavuş Sport TV adlanan yeni telekanalın tezliklə fəaliyyətə başlayacağını bildirib.

Sözügedən kanalın idman formatında olacağı və tezliklə yerli kabel operatorları tərəfindən yayımlanacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, ölkə ərazisində idman formatında İdman Azərbaycan və CBC sport kanalları mövcüddur.