Qazaxda 38 yaşlı qadını maşın VURDU

 21:44 19.09.2024     63

Qazax rayonunda 38 yaşlı qadın yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Günel Xəlilovanı avtomobil vurub.

Piyada aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.