4 yaşlı uşağı əqrəb SANCDI

 23:27 19.09.2024     239

Salyan rayonunda 4 yaşlı uşağı əqrəb sancıb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2019-cu il təvəllüdlü Qəribli M.T. qızı əqrəb sancması diaqnozu ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Doğmalarının dediyinə görə, uşaq həyətdə oynayarkən əqrəb barmağından sancıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən