Bakıda AĞIR QƏZA: Ölən və yaralanan VAR
![](https://img.redaktor.az/news/2024/09/photo_254632.jpg)
Bakının Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, “Lada Priora" markalı avtomobil hərəkətdə olan zaman piyada zolağında yolu keçən 1982-ci il təvəllüdlü Məmmədov Kamil Etibar oğlunu vurub.
Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Avtomobildə olan sərnişin 1993-cü il təvəllüdlü Musazadə Elvin Qəhrəman oğlu gözündən aldığı xəsarətlərlə bağlı Z.Əliyeva adına göz xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.