Bağçada azyaşlıya qarşı zorakılıq: Müəllim uşağın saçını yolub, döydü - VİDEO

 13:28 20.09.2024     198

Paytaxtda fəaliyyət göstərən bağçalardan birində azyaşlıya qarşı zorakılıq edilib.

Redaktor.az xəbər verir ki, bu barədə BAKU.WS-in "Qaynar xətti"nə görüntülər daxil olub.

Qeyd edilib ki, Bakı şəhəri Yasamal rayonundakı 290 saylı bağçasında müəllim azyaşlını saçını yolaraq onu döyüb. Həmin an yaşananlar bağçanın təhlükəsizlik kameraları tərəfindən anbaan görüntülənib.

Uşağın valideyini Nərgiz İsmayılova övladının (N.İ. şərti ad) müəllim tərəfindən döyüldüyünü bildirib.

Nərgiz xanım onu da bildirib ki, bağçada çalışan texniki işçi də azyaşlıya qarşı nalayiq ifadələr işlədib.

Yaşanmış hadisə ilə bağlı qarşı tərəfin də fikirlərini öyrəndik.

290 saylı bağçanın müdiri Dilşad İsmayılova saytımıza açıqlamasında uşağa fiziki və mənəvi şiddət göstərən hər iki işçinin əmək müqaviləsinə xitam verilərək işdən çıxarıldığını bildirib:

"Bu məsələdən məlumatım var. Lazımi qurumlara da məlumat verilib. Hər iki işçi barəsində tədbir görülüb. Bu hadisə iyunda baş verib. Texniki işçi uşağa nalayiq sözlər söyləyib. Sonra valideyn mənə yaxınlaşıəb dedi ki müəllim uşağın saçını yolub və döyüb. Bundan sonra hər iki işçi işdən çıxarılıb".

Sözügedən görüntüləri təqdim edirik: