Şəhid Səfəralı Səfərovla vida mərasimi keçirilir - FOTO

Qalıqları Ağdam rayonunun Sırxavənd kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Səfəralı Alverdi (Allahverdi) oğlu Səfərovun nəşi Sumqayıt şəhərinə gətirilib.
Redaktor.az report.az-a istinadla xəbər verir ki, şəhidin nəşi Sumqayıtda ailəsinə təhvil verilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Səfəralı Alverdi (Allahverdi) oğlu Səfərov 1973-cü il dekabrın 27-də anadan olub. O, 1992-ci il sentyabrın 29-da Ağdam rayonunun Sırxavənd kəndi istiqamətində itkin düşüb.
S.Səfərov Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunacaq.