ABŞ Azərbaycana daha iki minaaxtaran it verib - FOTO

 17:53 20.09.2024     93

Mina və partlamamış hərbi sursat təmizləmə işlərində iştirak etmək üçün ABŞ-dan Azərbaycana daha iki it gətirilib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Mark Libby “X” platformasında məlumat paylaşıb.

Səfir itləri hava limanında qarşıladıqlarını və onların ANAMA-ya təqdim ediləcəyini bildirib.

“Berta və Dum ANAMA-nın minaları və partlamamış hərbi sursatları təmizləmək missiyasına qoşulmaq üçün Azərbaycana gəlmiş altı minaaxtaran itdən ikisidir. İtlər və onların zəhmətkeş ABŞ və Azərbaycan təlimçiləri Azərbaycanda icmaların daha təhlükəsiz şəraitində yaşayışı təmin etməkdə mühüm rol oynayırlar” – səfir əlavə edib.