Bakıda binada yanğın: maşın yandı, sakinlər təxliyə edildi

 23:45 20.09.2024     306

Bakının Nərimanov rayonunda binada yanğın olub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, yanğın Həsənoğlu küçəsində yerləşən onaltı mərtəbəli binanın qarajında baş verib.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.

Yanğınla əlaqədar bina sakinləri təxliyə edilib.

Məlumata görə, qarajda "Mersedes" markalı minik avtomobili yanıb. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən