İrəvanda yanacaq məntəqəsi partladı: Yaralılar var

İrəvanda yanacaqdoldurma məntəqəsində partlayış baş verib, 3 nəfər yaralanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb.
Bildirilib ki, sentyabrın 21-də saat 16:43-də Milli Böhran İdarəetmə Mərkəzinə İrəvanın Sebastiya küçəsində yerləşən yanacaqdoldurma məntəqəsində partlayış baş verdiyi barədə siqnal daxil olub.
Hadisə yerinə 4 döyüş briqadası gəlib. İlkin məlumata görə, partlayış yanacaqdoldurma məntəqəsinin texniki hissəsində baş verib.