Qarabağ müharibələrinin iştirakçısı həbs OLUNDU

 19:41 21.09.2024     224

Birinci və ikinci Qarabağ müharibələrinin iştirakçısı, “Qara Pantera” ictimai təşkilatının sədri Serob Qasparyan həbs edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Qasparyanın vəkil qrupu məlumat yayıb.

“Artıq bildiyiniz kimi, Serob Qasparyan hakimiyyəti qəsb etməyə hazırlaşmaq ittihamı ilə təqib edilir və barəsində həbs qətimkan tədbiri seçilib", - məlumatda bildirilib.

Onun vəkilləri ittihamın qanunsuz olduğunu iddia edirlər.