Gəncədə yaşayış binasında partlayış: Xəsarət alan var - YENİLƏNİB

 11:28 23.09.2024     118

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Fikrət Əmirov küçəsi, 4 ünvanında yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Redaktor.az apa.az-a istinadla xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 54 kv.m olan ikiotaqlı mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.

Hadisə nəticəsində xəsarət alaraq mənzildə köməksiz vəziyyətdə qalan 1940-cı il təvəllüdlü Orucova Tavlina Şamilovna yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Partlayış nəticəsində mənzilə və binanın qarşısında park edilmiş üç avtomobilə ziyan dəyib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

 

***

09.52

Gəncədə evdə qaz sızması nəticəsində partlayış olub.

Redaktor.az xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.

Partlayış zamanı 84 yaşlı Paxlina Orucovanın yüngül xəsarət aldığı bildirilir.

Hadisə yerinə FHN-in əməkdaşları və təcili-tibbi yardım briqadası cəlb olunub. Partlayışın təsirindən mənzilin pəncərələri qırılıb, nəticədə binanın qarşısında dayanmış “VAZ 2107” markalı avtomobilə ziyan dəyib.

Araşdırma aparılır.

Gəncədə mənzildə partlayış olub, 84 yaşlı qadın xəsarət alıb - FOTO  - YENİLƏNİB  - VİDEO Gəncədə mənzildə partlayış olub, 84 yaşlı qadın xəsarət alıb - FOTO  - YENİLƏNİB  - VİDEO Gəncədə mənzildə partlayış olub, 84 yaşlı qadın xəsarət alıb - FOTO  - YENİLƏNİB  - VİDEO Gəncədə mənzildə partlayış olub, 84 yaşlı qadın xəsarət alıb - FOTO  - YENİLƏNİB  - VİDEO Gəncədə mənzildə partlayış olub, 84 yaşlı qadın xəsarət alıb - FOTO  - YENİLƏNİB  - VİDEO Gəncədə mənzildə partlayış olub, 84 yaşlı qadın xəsarət alıb - FOTO  - YENİLƏNİB  - VİDEO Gəncədə mənzildə partlayış olub, 84 yaşlı qadın xəsarət alıb - FOTO  - YENİLƏNİB  - VİDEO Gəncədə mənzildə partlayış olub, 84 yaşlı qadın xəsarət alıb - FOTO  - YENİLƏNİB  - VİDEO Gəncədə mənzildə partlayış olub, 84 yaşlı qadın xəsarət alıb - FOTO  - YENİLƏNİB  - VİDEO