Metro qatarına müdaxilə olundu, sərnişinlər düşürüldü

 12:46 23.09.2024     432

Bakı metrosunun "Neftçilər-Qara Qarayev" mənzilində qatarın qapılarından birinə müdaxilə edilməsi ilə bağlı maşinistin idarəetmə pultuna siqnal daxil olub.

Bu barədə Redaktor.az-a Bakı Metropoliteni" QSC-dən bildirilib.

Məlumata görə, maşinist stansiyada qatara baxış keçirib problem aşkarlanmasa da, əlavə qaydada qapıların açılıb-bağlanması və təkrar yoxlama aparılıb. Xətlərdə intervalların daha da artmaması məqsədilə təkrar yoxlamanın qatar xətdə hərəkət etməklə aparılması qərara alınıb. Sərnişinlər düşürülüb, yolboyu bütün qapılarda xüsusi texniki yoxlamlar aparılıb. Nasazlıq olmadığı üçün qatar "Nərimanov" stansiyasından sərnişinlərlə yoluna davam edib.