Bakıda sevgilisini hədələyən iş adamı SAXLANILDI
Bakıda şirkətlərin birində icraçı direktor vəzifəsində çalışan şəxs saxlanılıb.
Redaktor.az qaynarinfo.az-a istinadla xəbər verir ki, C.V.nın saxlanılmasına səbəb sevgilisini hədələməsi olub.
Belə ki, icraçı direktor vəzifəsində çalışan şəxs Ş.U. ilə 13 ildir qeyri-rəsmi münasibətdə olub. Amma indi qadın ondan ayrılmaq istəyib.
Təxminən bir il əvvəl qadın C.V.-ya ayrılmaq istədiyini deyib. Bu səbəbdən onun yaşadığı ünvana gedərək, Ş.U.-nu döyərək xəsarət yetirib. Lakin qadın onu bağışlayıb və münasibətləri yenidən bərpa edilib.
Bir neçə gün əvvəl Ş.U. təqsirləndirilən şəxslə telefonla danışan zaman yenidən ondan ayrılmaq istədiyini bildirib. C.V. zərərçəkmiş qadını hədələyib. Bu səbəbdən o, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə şikayət edib.
C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmə iş adamını 50 manat cərimə edib.