Daşkəsəndə UAZ aşdı: Ölü və yaralılar var

Daşkəsəndə ağır yol qəzası baş verib.
Redaktor.az xəbər verir ki, UAZ markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində 1992-ci il təvəllüdlü Eşqin Əhmədov dünyasını dəyişib, 1960-cı il təvəllüdlü Mehman İsrafilov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.