Məktəbi dərmanladılar, şagirdlər zəhərləndi - VİDEO

 14:07 24.09.2024     533

Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbi bit, birə basıb.

Bu səbəbdən məktəbdə dərmanlama işləri aparılıb. Dərman səpiləndən sonra uşaqların əksəriyyəti zəhərləniblər.

Redaktor.az bakupost.az-a istinadla xəbər verir ki, bu barədə övladları sözügedən məktəbdə təhsil alan uşaqların valideynləri bildirib.

Övladı məktəbdə zəhərlənən valideyn deyib:

"Qızım sonuncu dərsdə iştirak edə bilməyib, halı pisləşib. Təbii ki,uşaqların halı pisləşər! 6-7 saat orda qalırlar. Qızımın səhhəti hələ düzəlməyib, boğulur, düzgün nəfəs ala bilmir".

Valideynlər bir məsələdən də şikayətçidirlər.

İddia edirlər ki, məktəbin direktoru Fatma Bayramova 1 həftədən çoxdur ki, bu vəziyyəti gizlədir.

Ətraflı BTV-nin süjütində: