Şagird müəllimi DÖYDÜ

 13:45 25.09.2024     83

Yekaterinburqda məktəbli dərs zamanı şaurma yediyinə görə ona irad tutan müəllimi vurub.

Redaktor.az “glavny.tv”yə istinadla xəbər verir ki, insident dərs zamanı yeniyetmənin şaurma yediyi zaman baş verib.

Müəllim şagirdi danlayanda o, onun ünvanına söyüş söyüb və dəftərlə üzünə vurub.

Hadisə anı tələbələrdən biri tərəfindən mobil telefonla lentə alınıb.

Məktəblinin sinif yoldaşlarından heç kəs müəllimə dəstək olmayıb.