Qubada bələdiyyə sədri CƏRİMƏLƏNDİ

Qubada ətraf mühitin çirkləndirilməsinə qarşı tədbir keçirilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin, eləcə də ETSN-nin 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində birgə nəzarət-profilaktiki tədbir keçiriblər.
Keçirilən tədbir zamanı məişət tullantılarını urnalardan kənara atılmasına, ərazidə antisanitar vəziyyət yaradılmasına görə rayonun Barlı kənd bələdiyyə sədri ilə profilaktiki söhbətlər aparılıb və barəsində qanunamüvafiq tədbir görülüb.