Bakıda əməliyyat olunan 9 yaşlı azyaşlı ÖLDÜ

Bir neçə gün əvvəl Bakıda boğazından əməliyyat edilən qız vəfat edib.
Redaktor.az xəbər ki, sentyabrın 15-i Lənkəranın Separadi kənd sakini 2015-ci il təvəllüdlü Sevinc Elman qızı Əzimzadə Bakıda yerləşən 2 saylı Uşaq Xəstəxanasında boğaz nahiyəsindən cərrahi əməliyyat olunub. Bir gün sonra qız evə buraxılıb.
Sentyabrın 25-i saat 09 radələrində 9 yaşlı Sevinc qanaxma səbəbi ilə rayon Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. Lakin az sonra o vəfat edib.
Faktla bağlı araşdırma aparılır.