Şəhid Vaqif Alıyev Gəncədə dəfn EDİLDİ

 18:15 26.09.2024     71

Ağdərə rayonunun Sırxavənd kəndində qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Vaqif Sərdar oğlu Alıyev Gəncə şəhərində dəfn edilib.

Redaktor.az xəbər verir ki, şəhidin qalıqları Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.

 Dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, ictimaiyyət nümayəndələri və şəhidin doğmaları iştirak ediblər.

Vaqif Sərdar oğlu Alıyev 1966-cı il mayın 28-də Gədəbəy rayonunun Qoşabulaq kəndində anadan olub. O, 1993-cü il sentyabrın 29-da Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində itkin düşmüşdü.