Xırdalanda mağazadan 5 noutbuk oğurlandı - Saxlanılan var

 13:35 27.09.2024     112

Sentyabrın 6-da gecə saatlarında Xırdalan şəhəri ərazisində yerləşən mağazaların birindən 5 ədəd noutbukun oğurlanması barədə polisə məlumat daxil olub.

Redaktor.az DİN-ə istinadla xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 37 yaşlı B.Xanlarov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.