Dispetçeri elektrik cərəyanı VURDU

 10:27 28.09.2024     321

Ağcabədi Elektrik Şəbəkəsinin dispetçerini elektrik cərəyanı vuraraq öldürüb.

Redaktor.az xəbər verir ki, Ağcabədi Elektrik Şəbəkəsinin dispetçeri vəzifəsində işləyən, Hindarx sakini Səlim İsmayılov qəsəbə ərazisində elektrik dirəyindəki naqilləri təmir edərkən elektrik cərəyanı vurub.

Nəticədə o, hadisə yerində ölüb. Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən