Sumqayıtda restorandakı yanğın söndürüldü - Yenilənib

 12:24 28.09.2024     346

Sumqayıt şəhərində restoranda baş verən yanğın söndürülüb.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində, 17-ci mikrorayon ərazisində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub və əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində baş vermiş yanğın söndürülüb.

***

12:07

Sumqayıtda restoran yanır.

Redaktor.az xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda yerləşən “Baharlı" restoranında qeydə alınıb.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Dğvlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır

Vumart və Güvən reklamı Vumart Güvən