Artilleriya divizionunun komandiri vəfat ETDİ

 18:55 29.09.2024     104

Vətən müharibəsi iştirakçısı, mayor Cəlal Rəhimov vəfat edib.

Redaktor.az 1984-cü il təvəllüdlü ehtiyatda olan zabit ürəktutmadan dünyasını dəyişib.

O, doğulduğu Biləsuvar rayonunda torpağa tapşırılıb.

Qeyd edəək ki, C.Rəhimov Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunu olub. Mayor Rəhimov Vətən müharibəsində  Füzuli, Xocavənd, və Şuşa uğrunda döyüşlərdə iştirak edib, bir sıra orden və medallarla təltif olunub.

Onu da əlavə edək ki, C.Rəhimov müharibədən sonra N saylı hərbi hissədə Artilleriya divizionunun komandiri olub. Bir il idi ki, ehtiyata buraxılmışdı.