Göygöldə piyadaları avtomobil VURDU

Göygöl şəhərində iki piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, Göygöl şəhərində "VAZ-2106" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2 piyadanı vurub.
Zərərçəkənlər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.