Sumqayıtda yük avtomobili YANDI

Sumqayıtda yük avtomobili yanıb.
Redaktor.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.
1996-cı il təvəllüdlü Orxan Ümid oğlu Qasımova məxsus “Mercedes” markalı yük avtomobili tamamilə yanıb.
Hadisə yerinə FHN-nin DYMX-nin qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Fakt araşdırılır.