Qaxda keçmiş məhkumun çürümüş meyiti TAPILDI

 10:25 01.10.2024     57

Qaxda keçmiş məhkumun çürümüş meyiti tapılıb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Qum kəndində baş verib.

1962-ci il təvəllüdlü Elman Əhmədiyyə oğlu Yusifovun üzərində zorakılıq əlamətləri görünməyən çürümüş meyiti yaşadığı evdə tapılıb.

Bildirilir ki, E.Yusifov əvvəllər əmlakı qəsdən məhvetməyə görə məhkumluq həyatı yaşayıb. O, azadlığa çıxdıqdan sonra tək yaşayırmış.

Onun təxminən 8-10 gün əvvəl vəfat etməsi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.