Pakistanla sərhəddə gərginlik: SEPAH komandiri ÖLDÜRÜLDÜ

 16:29 01.10.2024     85

İranın Pakistan sərhəd Sistan-Bəlucistan əyalətində silahlı insident baş verib.

Redaktor.az xəbər verir ki, naməlum şəxslər İran hərbçiləri və ətrafdakı insanları atəşə tutublar.

Bənt şəhərində baş verən olayda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Pərviz Kadxodayi və şəhər şurasının rəhbəri Yusif Şirani də daxil olmaqla 5 nəfər ölüb.

Daha 2 nəfər ağır yaralanıb.