“Hizbullah” liderinin vəsiyyəti TAPILDI

İsrailin Livana endirdiyi aviazərbələr nəticəsində öldürülən “Hizbullah” şiə hərəkatının lideri Həsən Nəsrullahın vəsiyyəti ortaya çıxıb.
Redaktor.az xəbər verir ki, məlumatı İran KİV-ləri yayıb.
Qeyd edilir ki, Nəsrullahın şiələrə xitab edərək yazdığı vəsiyyət belədir:
''Bismillahir-Rəhmanir-Rəhim. Dünya və axirət xeyirinə vəsiyyət edirəm ki, İmam Xameneinin (onun kölgəsi davam etsin) liderliyinə inancınızın güclü və sağlam olmasını sizə vəsiyyət edirəm.
Nəsrullah''.
Sentyabrın 27-də İsrailin Livanın paytaxtı Beyrutda həyata keçirdiyi hava hücumunda “Hizbullah” lideri Seyid Həsən Nəsrullah ölüb.