Tanınmış qarmon ifaçısı vəfat etdi – FOTO

 11:35 02.10.2024     158

Məşhur qarmon ifaçısı Vahid Məmmədov vəfat edib.

Bunu Redaktor.az-a açıqlamasında xanəndə Sabir Abdullayev deyib. O, dostu Vahid Məmmədovun ürəktutmasından vəfat etdiyini bildirib:

“Bir müddət öncə Vahidin altmış illik yubileyini qeyd etdik. Bu gün isə ölüm xəbəri bizi sarsıtdı. Bildiyimizə görə, o, ürəktutmasından vəfat edib. Neyləmək olar, həyat belədi, Alllah rəhmət eləsin”.

Qeyd edək ki, Vahid Məmmədovun qarmon ifaçılıq sənətinin inkişafında xidmətləri olub. 

Vasif ƏLİHÜSEYN

Açıklama yok.