Sevda Yahyayevanın əri polisə müraciət etdi - VİDEO

 11:09 03.10.2024     154

Müğənni Sevda Yahyayevanın həkim həyat yoldaşı Zakir Bayramov polisə müraciət edib.

Redaktor.az olay.az-a istinadla xəbər verir ki, bu barədə o, instaqramda video paylaşıb.

Onun lentə aldığı sürücü qaydaları pozub və maşını piyada keçidində saxlayıb.

Bundan sonr Z. Bayramov “Axı niyə bəzi sürücülər qaydaları pozmağı sevir? Niyə səhv olduğu halda piyadalarla bu cür davranır?”, - deyə, bildirib.