Cinayət törədən uşaqların dəhşətli STATİSTİKASI

 11:42 03.10.2024     311

Son günlər yeniyetmələrin törətdiyi ağır cinayətlərlə bağlı xəbərlərə tez-tez rast gəlirik. Bu hadisələrdə ölüm hallarının da baş verdiyi qeyd olunur. Yeniyetmələrin iştirakı ilə baş verən son hadisə ötən gün Sabunçu rayonunda qeydə alınıb. 16 yaşlı yeniyetmə öz həmyaşıdı tərəfindən kəsici alətlə qətlə yetirilib. 

Bu, həftə ərzində yeniyetmələrlə bağlı yaşanan 3-cü belə qanlı hadisədir. Daha əvvəl Xaçmaz və Şəmkir rayonlarında da yeniyetmələr arasında bıçaqlanma hadisələri baş vermişdi.


Redaktor.az xəbər verir ki, modern.az yeniyetmələrlə bağlı cinayətlərin statistikasını araşdırmağa çalışıb.

Rəsmi statistikaya baxanda, son illər yeniyetmələrlə bağlı cinayət hadisələrinin artdığını görmək olar.

Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə, 2023-cü ildə 14-17 yaşda olan 494 yeniyetmə cinatət törədib. Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə cinayət törədən yeniyetməlrin sayı 433 nəfər təşkil edib.

Rəsmi statistikada yeniyetmələrin törətdiyi cinayətlər arasında əsas yeri oğurluq tutur. Sonrakı yerə qəsdən sağlamlığa ağır zərər vurma gəlir.

Qəsdən adam öldürmə və adam öldürməyə cəhd edən edən yeniyetmələrin də sayında artım baş verib.


Cinayətlərin artım dinamikasın uyğun olaraq yeniyetmə məhkumlar da çoxalıb.

Təkcə 2023-cü ildə 14-17 yaşda olan 310 yeniyetmə müxtəlif cinayət hadisələrinə görə məhkum olunub.
2022-ci ildə məhkum olunmuş  yeniyetmələrin sayı 258 nəfər təşkil edib.

Göründüyü kimi, məhkum olunmuş yeniyetmələrin sayında xeyli artım baş verib.

Digər acınacaqlı hal ondan ibarətdir ki, ayrı-ayrı cinayətlərə görə məhkum olunmuş yeniyetmələr arasında oğlanlarla yanaşı, qızlar da var. Məsələn, ötən il məhkum olunmuş 310 yeniyetmədən 4-ü qızlardır. Digər məsələ budur ki, məhkum olunanların böyük əksəriyyəti hər iki valideyni olan ailələrin uşaqlarıdır.

Rəsmi statistikaya görə, məhkum olunan yeniyetmələr arasında azadlığı məhdudlaşdırlanlar üstünlük təşkil edir. Belə ki, 2021-ci ildə 113, 2022-ci ildə 127, 2023-cü ildə isə 153 yeniyetmənin azadlığı məhdudlaşdırılıb.

Aşağıdakı cədvəllərdə cinayət törətmiş 14-17 yaşlı yeniyetmələrin və məhkum olunmuş 14-17 yaşlı yeniyetmələrin statistikasını təqdim edirik: