Azərbaycana gələn təyyarədə bədbəxt hadisə – ÖLƏN VAR

Moskva-Gəncə reysi ilə Azərbaycana gələn sərnişin təyyarədə infarkt keçirib.
Redaktor.az "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə oktyabrın 4-ü saat 15 radələrində qeydə alınıb.
Gəncə şəhər sakini 1963-cü il təvəllüdlü Kəhriz İmran qızı Həsənovanın halı pisləşib. O, eniş edən təyyarədən endirilsə də, Gəncə Beynəlxalq Hava Limanında vəfat edib.
Hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.