Paraşütlə uçarkən ölən şəxs tanınmış həkim imiş - FOTO - Yenilənib

 10:44 07.10.2024     241

Xəbər verdiyimiz kimi ötən gün saat 16 radələrində Qubada paraşütlə uçarkən faciəvi şəkildə ölən şəxs həkimi imiş.

Redaktor.az xəbər verir ki, onun uzun müddətdir həvəskar şəkildə “skydive” idman növü ilə məşğul olduğu bildirilir.

Belə ki, Ş.Mehdiyev Xırdalanda diş həkimi işləyirmiş. O, həm də həvəskar paraşütçü kimi yamac paraşütü (paraplan) ilə məşğul olurmuş.

***

09:08

Quba rayonunda paraşütçü uçuş zamanı qəza edib.

Redaktor.az xəbər verir ki, hadisə dünən rayonun Qırız Dəhnə kəndində baş verib.

Belə ki, uzun müddət həvəskar şəkildə "skydive" idman növü ilə məşğul olmuş 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu dağlıq ərazidə paraşütlə uçuş edən zaman idarəetməni itirərək yerə çırpılıb.

Hadisə nəticəsində paraşütçü sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı xəsarəti nəticəsində yaranan travmatik şokdan ölüb.

Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır (APA). 

Bildirilir ki, Ş.Mehdiyev Xırdalanda diş həkimi işləyirmiş. O, həm də həvəskar paraşütçü kimi yamac paraşütü (paraplan) ilə məşğul olurmuş.