Bakıda baş verən partlayışda 6 nəfər yaralandı - YENİLƏNİB - FOTO

 15:57 07.10.2024     184

Oktyabrın 7-də saat 13:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, 8-ci köndələn küçəsində qazanxanada partlayış baş verməsi səbəbilə çağırış daxil olub.

TƏBİB-dən Redaktor.az-a verilən məlumata görə, hadisə yerinə 4 təcili tibbi yardım briqadası cəlb edilib.

6 nəfər (3 kişi, 3-ü qadın olmaqla) müxtəlif bədən xəsarətləri ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə hospitalizasiya olunublar. Onlardan 1 nəfərin vəziyyəti kritik ağır, 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir. Hazırda onların zəruri diaqnostik müayinələri aparılır.

Təcili tibbi yardım briqadaları tərəfindən 2 nəfərə (qadın cinsli) nevrotik reaksiya diaqnozu ilə yerində yardım göstərilib.

Sol sağrı üstü nahiyənin kəsilmiş yarası diaqnozu təyin edilən 39 yaşlı şəxs (qadın cinsli) isə ilkin yardımdan sonra hospitalizasiyadan imtina edib.

14:54

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, 8-ci köndələn küçəsində qazanxanada partlayış baş verməsi barədə məlumat daxil olub.

Redaktor.az nazirliyə istinadla xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ümumi sahəsi 40 m² olan qazanxanada yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış nəticəsində bir nəfər müxtəlifdərəcəli bədən xəsarətləri alıb.

FHN-in qüvvələri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bakıda qazanxanada partlayış baş verib, 6 nəfər xəsarət alıb - VİDEO  - YENİLƏNİB-1  - FOTO Bakıda qazanxanada partlayış baş verib, 6 nəfər xəsarət alıb - VİDEO  - YENİLƏNİB-1  - FOTO Bakıda qazanxanada partlayış baş verib, 6 nəfər xəsarət alıb - VİDEO  - YENİLƏNİB-1  - FOTO Bakıda qazanxanada partlayış baş verib, 6 nəfər xəsarət alıb - VİDEO  - YENİLƏNİB-1  - FOTO Bakıda qazanxanada partlayış baş verib, 6 nəfər xəsarət alıb - VİDEO  - YENİLƏNİB-1  - FOTO Bakıda qazanxanada partlayış baş verib, 6 nəfər xəsarət alıb - VİDEO  - YENİLƏNİB-1  - FOTO Bakıda qazanxanada partlayış baş verib, 6 nəfər xəsarət alıb - VİDEO  - YENİLƏNİB-1  - FOTO Bakıda qazanxanada partlayış baş verib, 6 nəfər xəsarət alıb - VİDEO  - YENİLƏNİB-1  - FOTO Bakıda qazanxanada partlayış baş verib, 6 nəfər xəsarət alıb - VİDEO  - YENİLƏNİB-1  - FOTO