Sürücü qızla münasibətə girdi: 1 manatlıq taksidə SEVGİ MACƏRASI
Bakının Suraxanı rayonunda 1979-cu il təvəllüdlü Vəli şəxsi münasibətlər zəminində əvvəllər tanımadığı Elçini (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
Redaktor.az xəbər verir ki, hadisə 2021-ci ilin yanvarın 24-də Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib.
Vəli evinin yaxınlığında həyat yoldaşı Sevincin ardınca addımlayaraq, ona kürək nahiyyəsindən yumruqla vuran Elçinlə qısqanclıq zəminində aralarında mübahisə yaranıb.
Mübahisə zamanı Vəli üzərində gəzdirdiyi bıçaqla Elçinə ümumilikdə 6 zərbə vurub. Elçin hadisə yerindən qaçdığından və həkimlər tərəfindən vaxtında ona tibbi yardım göstərildiyindən həyatı xilas edilib.
İstintaq orqanı tərəfindən Vəlinin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ititham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vəli ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2005-ci ildə Sevinc ilə nikaha daxil olub: “Həmin nikahdan 2007-ci ildə və 2014-cü ildə iki qız övladımız dünyaya gəlib. Yanvarın 24-də, saat 9 radələrində yoldaşım tək evdən çıxaraq bir az aralıda yerləşən marketə bazarlıq etmək üçün getdi. Bir qədər sonra özüm də evdən çıxdım. Yaxınlığındakı dükana siqaret almağa getdim. Dükana çatmağa az qalmış arvadımın marketdən geri qayıtdığını gördüm. Məhəllədə hamı mənim ailəmi dindar ailə kimi tanıyır və arvadım da başıbağlı, namaz qılan qadındır. Arvadımın təxminən bir addım arxasında tanımadığım bir oğlanın yanına getdiyini gördüm. Bu zaman həmin oğlanın arxadan həyat yoldaşımın kürəyindən yumruqla vurduğunu və onun da qışqıraraq evə qaçdığını gördüm. Qaçaraq həmin oğlana tərəf gəldim və ondan nə etdiyini soruşdum. Həmin oğlan mənə “sən kimsən” sözlərini dedi. Bundan əsəbiləşdim, bıçaqla onun bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurdum. Bıçaqla onun bədəninin hansı nahiyyələrinə vurmağım yadımda qalmayıb. Çünki həmin vaxt əsəbimdən nə etdiyimi bilməmişəm”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Elçinin sözlərinə görə, yanvarın 24-də, saat 17 radələrində bir qədər spirtli içki qəbul etdikdən sonra tanışları ilə görüşmək üçün əvvəllər kirayədə yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsinə gedib: “Saat təxminən 19 radələrində Çöllük küçəsinin yaxınlığındakı ərzaq mağazasına daxil oldum. Oradan siqaret aldım və küçədə siqareti çəkdikdən sonra bir qədər pivə içmək istədim. Lakin üzərimdə pivə almağa pulum çatmadı. Elə bu vaxt həmin küçə ilə bir nəfər arıq, başı bağlı, hicablı qadının əlində bazarlıq zənbili getdiyini gördüm. Həmin qadına yaxınlaşaraq ondan pul istəmək qərarına gəldim”.
Zərərçəkmiş şəxs qeyd edib ki, həmin qadına arxadan yaxınlaşıb və ondan 20 manat istəyib: “Həmin qadın mənə pulu olmadığını bildirdi, “rədd ol, get” sözlərini dedi. Həmin vaxt içkili olduğuma görə qadının bu sözlərindən əsəbiləşdim. Əlim ilə onun sağ kürəyinə toxunaraq onu sanki bir qədər itələdim. Bundan sonra həmin qadın tez-tez addımlayaraq qaçaraq küçələrin birinə daxil oldu. Elə bu vaxt sonradan adının Vəli olduğunu bildiyim şəxs mənə yaxınlaşdı. Məndən nə etdiyimi, həmin qadınla nə işim olduğunu soruşdu. Ona “sən kimsən” dedim. Elə bu vaxt həmin şəxs əlində olan bıçaqla sinə və kürək nahiyyələrimdən çoxsaylı zərbələr vurmağa başladı. Özümü toparlayaraq onun əlindən çıxdım, gəldiyim küçə ilə geriyə hərəkət etdim. Hövsanda marketlə üzbəüz dayanmış taksiyə əyləşdim, sürücüdən məni Keşlə qəsəbəsinə anamın kirayədə yaşadığı evə aparmasını xahiş etdim. NZS qəsəbəsinin yaxınlığında olarkən həmin sürücü öz telefonu ilə təcili yardıma zəng etdi. Təxminən 15-20 dəqiqədən sonra təcili-tibbi yardım maşını həmin ünvana gəldi və məni 3 saylı şəhər kliniki xəstəxanasına çatdırdı. Orada mənə tibbi yardım göstərildi”.
Zərərçəkmiş şəxs həmçinin ifadəsində göstərib ki, təqsirləndirilən şəxslə barışıb və ona qarşı şikayəti yoxdur.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Vəli 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib (teleqraf.com).