Kanaldan meyiti tapılan şəxsin kimliyi məlum OLDU

Kanaldan tapılan meyitin kimliyi məlum olub.
Redaktor.az xəbər verir ki, sentyabrın 30-da Samur Abşeron kanalının Xızı rayonu ərazisindən keçən hissəsində tapılan kişi meyitinin DNT analizindən sonra Siyəzən rayon sakini, 2002-ci il təvəllüdlü Mahmud Məlikova məxsus olduğu təsdiqlənib.
Qeyd edək ki, M.Məlikov sentyabrın 6-da itkin düşmüşdü. Onun meyiti dəfn üçün sabah ailəsinə təhvil veriləcək.