Şəmkirdə baldız gəlini amansızlıqla döydü - VİDEO

 10:53 08.10.2024     97

Şəmkirdə qadın baldızı tərəfindən vəhşicəsinə döyülüb. 

Redaktor.az REAL TV-yə istinadla xəbər verir ki, 3 uşaq anası Manika Sarıyeva xəstəxanaya yerləşdirilib.

Onun yaxınları bildirib ki, M.Sarıyevanı baldızı Svetlana Sarıyeva küt alətlə döyərək müxtəlifdərəcəli xəsarətlər yetirib.

Çəkiliş vaxtı zərərçəkən şəxsin yaxınları S. Sarıyevanın yaşadığı ünvana getsələr də, qapını açan olmayıb.

Məsələ polis və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.

Daha ətraflı sujetdə: