Külək Goranboyda fəsadlar törətdi - FOTO

 22:43 08.10.2024     268

Goranboyda küləyin törətdiyi fəsadlar aradan qaldırılıb.

Redaktor.az xəbər verir ki, sözügedən avtomobil yolunda hərəkət tam bərpa ediilib.

***

Goranboyda küləyin törədiyi fəsadların aradan qaldırşlmasına başlanılıb.

Redaktor.az xəbər verir ki, rayonun fövqəladə hallar komissiyası ərazidədir.

Hazırda ağacın doğranıb, yolda hərəkətin bərpa edilməsi istiqamətində işlər aparılır.

Əraziyə işçi qüvvəsi və ağır texnika cəlb olunub.

***

Goranboyda küləkli hava şəraiti bəzi fəsadlara yol açıb.

Redaktor.az "Azərtac"a istinadla xəbər verir ki, təbiət hadisəsi nəticəsində Goranboy - Naftalan avtomobil yoluna irigövdəli ağac aşıb. Nəticədə nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Küləkli hava şəraiti rayonun bir neçə kəndində elektrik enerjisinin verilməsində fasiləyə səbəb olub.

Qeyd edək ki, hazırda Qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

2