Gəncədə taksi sürücüləri arasında dava: Bıçaqlanan VAR

 14:46 09.10.2024     211

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, şəhər ərazisində 1993-cü il təvəllüdlü İ.Həsənov bud nahiyyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Söyüşə görə baş verən davanın bıçaqlanma ilə nəticələndiyi bildirilir. Bıçaqlanan və hadisəni törədən şəxslər taksi fəaliyyəti ilə məşğul olur.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən