Gədəbəydə kişi meyiti TAPILDI

Gədəbəy sakini müəmmalı şəraitdə ölüb.
Redaktor.az xəbər verir ki, rayonun İnəkboğan kənd sakini olan 1980-ci il təvəllüdlü Araz İsa oğlu Qasımovun meyiti çay kənarında tapılıb.
Kənddən keçən İnəkboğan çayının yarğanından tapılan meyitin üzərində xəsarətlər olması müəyyənləşib.
Hadisə ilə bağlı araşdırma aparılır.