Məşhur xəstəxana məhkəməyə VERİLDİ
Bakıda yerləşən "Medera Hospital" cərimə edilə bilər.
Redaktor.az xəbər verir ki, tibb müəssisəsi barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 4912.1-ci (gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Binəqədi rayon Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə baxılacaq (modern.az).