Həkimin kabinetindən pul kisəsi belə oğurlandı: Anbaan VİDEO

 10:09 11.10.2024     69

Mingəçevir şəhərində yerləşən stomatoloji klinikalardan birində həkimin pul kisəsi oğurlanıb.

Redaktor.az xəbər verir ki, hadisə oktyabrın 7-də şəhərin 20 Yanvar küçəsində yerləşən tibb müəssisəsində baş verib.

Həmin klinikada işlədiyi bildirilən şəxsin gizli şəkildə diş kabinetlərindən birinə daxil olaraq şkafdan həkimə məxsus pul kisəsini oğurlayaraq oranı tərk etdiyi bildirilib. Hadisə kabinetdəki kameraya düşüb.

***

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, əməli törədən şəxsin kimliyi müəyyən olunub və saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir.

Həmin görüntüləri təqdim edirik: